Qırğızıstan BMT TŞ-nın qeyri-daimi üzvlüyünə namizədliyini irəli sürəcək

Qırğızıstan BMT TŞ-nın qeyri-daimi üzvlüyünə namizədliyini irəli sürəcək Qırğızıstan 2027-2028-ci illər üçün BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə öz namizədliyini irəli sürəcək.
Digər ölkələr
25 Sentyabr , 2024 04:42
Qırğızıstan BMT TŞ-nın qeyri-daimi üzvlüyünə namizədliyini irəli sürəcək

Qırğızıstan 2027-2028-ci illər üçün BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə öz namizədliyini irəli sürəcək.

“Report” xəbər verir ki, bunu Qırğızıstan Prezidenti Sadır Japarov BMT Baş Assambleyasının sessiyasında deyib.

Onun sözlərinə görə, BMT-nin bu əsas orqanına heç vaxt seçilməyən Qırğızıstan 2026-cı ilin iyununda Nyu-Yorkda keçiriləcək seçkilərdə bütün üzv ölkələrin dəstəyinə ümid edir:

“Qırğızıstan seçiləcəyi təqdirdə, balanslaşdırılmış regional təmsilçiliyi nəzərə almaqla şuranın səmərəliliyinin və şəffaflığının artırılmasına, eləcə də tərkibinin genişləndirilməsinə tərəfdar olmaqda davam edəcək. Afrikanın şurada təmsil olunmamasını düzəltməyin və Qırğızıstan da daxil olmaqla 60 üzv dövlətin Təhlükəsizlik Şurasına heç vaxt seçilmədiyi, ayrı-ayrı dövlətlərin isə bir neçə dəfə seçildiyi tarixi ədalətsizliyi aradan qaldırmağın vaxtı çatıb”.

Son xəbərlər

Orphus sistemi