Qırğız Respublikasında terror aktı hazırlayan terrorçu-kamikadze saxlanılıb

Qırğız Respublikasında terror aktı hazırlayan terrorçu-kamikadze saxlanılıb Bakı. 16 fevral. REPORT.AZ/ Qırğız Respublikasının Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsi (MTDK) əməkdaşları terror hücumu həyata keçirmək üçün xüsusi təlim keçmiş terrorçu-kamikadzeni saxlayıb.
Digər ölkələr
16 Fevral , 2018 10:36
Qırğız Respublikasında terror aktı hazırlayan terrorçu-kamikadze saxlanılıb

Bakı. 16 fevral. REPORT.AZ/ Qırğız Respublikasının Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsi (MTDK) əməkdaşları terror hücumu həyata keçirmək üçün xüsusi təlim keçmiş terrorçu-kamikadzeni saxlayıb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, MTDK-nın mətbuat xidmətinin yaydığı məlumada saxlanılan şəxsin 1992-ci il təvəllüdlü Qırğız Respublikasının vətəndaşı U.K. olduğu göstərilib.

Onun Suriyada silahlı qruplaşmanın tərkibində təxribat-döyüş hazırlığı, "canlı bomba" olmaq kursu keçdiyi müəyyənləşdirilib.

Saxlanılan şəxs barəsində Qırğız Respublikasının Cinayət Məcəlləsinin xarici dövlətin ərazisində silahlı münaqişələrdə və ya hərbi fəaliyyətlərdə iştirak etmək, terrorçu və ekstremist təlim keçmək, muzqdlu qatil olmaq maddələri ilə cinayət işi açılıb.

O, MTDK-nın istintaq təcridxanasına yerləşdirilib.

Son xəbərlər

Orphus sistemi