Qırğız Respublikasında koronavirusa yoluxanların sayı 7 mini ötdü

Qırğız Respublikasında koronavirusa yoluxanların sayı 7 mini ötdü Qırğız Respublikasında son sutka ərzində 327 yeni koronavirusa yoluxma qeydə alınıb, 2 nəfər virusdan ölüb
Digər ölkələr
4 İyul , 2020 10:47
Qırğız Respublikasında koronavirusa yoluxanların sayı 7 mini ötdü

Qırğız Respublikasında son sutka ərzində 327 yeni koronavirusa yoluxma qeydə alınıb, 2 nəfər virusdan ölüb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə respublikanın koronavirusla mübarizə üzrə qərargahından məlumat verilib.

Məlumata görə, son sutka ərzində 65 və 74 yaşlı iki kişi koronavirusdan ölüb. Digər yandan, 59 xəstə sağalaraq xəstəxanalardan evə buraxılıb.

Qeyd olunub ki, yeni yoluxma hallarından 71-i tibb işçiləri ilə bağlıdır. Pandemiya dövründə ümumilikdə 1 065 tibb işçisində COVID-19 xəstəliyi aşkar edilib.

Beləliklə, bu günə qədər Qırğızıstanda yoluxanların ümumi sayı 7 094-ə çatıb, 78 nəfər ölüb, 2 714 xəstə sağalıb.