Qəzzada İsrail hərbçiləri ilə toqquşmalarda 317 fələstinli yaralanıb

Qəzzada İsrail hərbçiləri ilə toqquşmalarda 317 fələstinli yaralanıb Şənbə günü 40 minə yaxın fələstinli İsrail dövləti ilə sərhəddə toplaşaraq, “Qayıdış yürüşü”nün ildönümü aksiyasında iştirak edib.
Digər ölkələr
31 Mart , 2019 02:05
Qəzzada İsrail hərbçiləri ilə toqquşmalarda 317 fələstinli yaralanıb

Şənbə günü 40 minə yaxın fələstinli İsrail dövləti ilə sərhəddə toplaşaraq, “Qayıdış yürüşü”nün ildönümü aksiyasında iştirak edib.

"Report" "Times of Israel" nəşrinə istinadən xəbər verir ki, nümayişçilər İsrail əsgərlərinə partlayıcı qurğu və daşlar atıb. Nəticədə tərəflər arasında toqquşma baş verib və İsrail hərbçiləri nümayişçilərə qarşı döyüş patronlarından istifadə ediblər.

Fələstin Səhiyyə Nazirliyinin məlumatına görə, toqquşmalar nəticəsində 4 nəfər ölüb, 317 fələstinli müxtəlif bədən xəsartləri alıb. 

Son xəbərlər

Orphus sistemi