Qəzzada atəşkəs rejimi bu gün qüvvəyə minəcək

Qəzzada atəşkəs rejimi bu gün qüvvəyə minəcək İsrail hakimiyyəti cümə günündən İslami Cihad terror hərəkatına qarşı hərbi əməliyyatların aparıldığı Qəzza zolağında atəşkəs rejiminin yerli vaxtla saat 23:30-da (Bakı vaxtı ilə saat 00:30) qüvvəyə minəcəyini təsdiq edib.
Digər ölkələr
8 Avqust , 2022 00:24
Qəzzada atəşkəs rejimi bu gün qüvvəyə minəcək

İsrail hakimiyyəti ötən həftənin cümə günündən "İslami Cihad" qruplaşmasına qarşı hərbi əməliyyatların aparıldığı Qəzza zolağında atəşkəs rejiminin yerli vaxtla saat 23:30-da (Bakı vaxtı ilə saat 00:30) qüvvəyə minəcəyini təsdiq edib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə bazar günü axşam İsrailin Baş nazirinin Dəftərxanası məlumat yayıb.

“Milli informasiya və təbliğat departamentinin rəhbəri təsdiq edir ki, atəşkəs bu gecə saat 23:30-da qüvvəyə minəcək”, - məlumatda deyilir.

Bununla beə, vurğulanır ki, İsrail Qəzzada atəşkəsin pozulması halında güc tətbiq etmək hüququnu özündə saxlayır. Tel-Əviv Qəzza zolağında “İslami Cihad”la atəşkəs razılaşması əldə etmək səylərinə görə Misirə təşəkkür edib.

Son xəbərlər

Orphus sistemi