Qəzza sektorunda toqquşmalar zamanı yaralanan fələstinlilərin sayı 240 nəfərə çatıb

Qəzza sektorunda toqquşmalar zamanı yaralanan fələstinlilərin sayı 240 nəfərə çatıb Bakı. 1 sentyabr. REPORT.AZ/ Qəzza sektorunun şərq sahilində İsrail hərbçiləri ilə toqquşmalarda azı 240 fələstinli xəsarət alıb.
Digər ölkələr
1 Sentyabr , 2018 01:40
Qəzza sektorunda toqquşmalar zamanı yaralanan fələstinlilərin sayı 240 nəfərə çatıb

Bakı. 1 sentyabr. REPORT.AZ/ Qəzza sektorunun şərq sahilində İsrail hərbçiləri ilə toqquşmalarda azı 240 fələstinli xəsarət alıb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Fələstinin səhiyyə naziri Əşrəf əl-Kidr məlumat yayıb.

"Saat 21:30-a olan məlumata görə, Qəzza sektorunun şərq sahilində İsrail hərbçiləri ilə toqquşmalarda 240 fələstinli xəsarət alıb", - deyə o bildirib. Nazirin sözlərinə görə, onlardan 82-i xəstəxanaya yerləşdirilib. Yaralılar arasında 1 uşaq da var.

Əşrəf əl-Kidr əlavə edib ki, toqquşmalar zamanı nazirliyin 3 əməkdaşı da xəsarət alıb. Daha əvvəl qarşıdurmalar zamanı 180 nəfərin yaralandığı bildirilirdi.

Son xəbərlər

Orphus sistemi