Qəzza ilə sərhəddə toqquşmalarda 36 fələstinli xəsarət alıb

Qəzza ilə sərhəddə toqquşmalarda 36 fələstinli xəsarət alıb Onlar odlu silahdan istifadə nəticəsində yaralanıblar
Digər ölkələr
1 Aprel , 2018 04:53
Qəzza ilə sərhəddə toqquşmalarda 36 fələstinli xəsarət alıb

Bakı. 1 aprel. REPORT.AZ/ Şənbə günü Qəzza zolağı ilə sərhəddə İsrail qoşunları ilə bərpa olunan toqquşmalarda azı 36 fələstinli odlu silah yarası alıb.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu Fələstinin Səhiyyə Nazirliyinin mətbuat katibi Əşrəf əl-Kidra deyib.

Toqquşmalar ikinci gündür ki, davam edir və onların miqyası cümə günü baş verən hadisələrlə müqayisədə daha kiçikdir. Cümə günü toqquşmalarda 15 fələstinli ölüb, 500 nəfərə yaxın şəxs yaralanıb.

Son xəbərlər

Orphus sistemi