İtaliyada vertolyotla təyyarənin toqquşması nəticəsində ölənlərin sayı artıb - YENİLƏNİB

İtaliyada vertolyotla təyyarənin toqquşması nəticəsində ölənlərin sayı artıb - YENİLƏNİB Bakı. 26 yanvar. REPORT.AZ/ İtaliya səmasında vertolyotla turist təyyarəsinin toqquşması nəticəsində ölənlərin sayı artıb.
Digər ölkələr
25 yanvar 2019 20:22
İtaliyada vertolyotla təyyarənin toqquşması nəticəsində ölənlərin sayı artıb - YENİLƏNİB

Bakı. 26 yanvar. REPORT.AZ/ İtaliya səmasında vertolyotla turist təyyarəsinin toqquşması nəticəsində ölənlərin sayı artıb. 

"Report" xəbər verir ki, bu barədə "Rai News 24" telekanalı məlumat yayıb.

Məlumata görə, aviaqəza nəticəsində həlak olanların sayı 5 nəfərə çatıb.

Bildirilir ki, hadisə zamanı xəsarət alanlar Fransa və İsveçrə vətəndaşlarıdır. Məlumata görə, hadisə Valle-d Aosta regionunun səmasında baş verib.


***21:13

Bakı. 25 yanvar. REPORT.AZ/ İtaliyada vertolyot turist təyyarəsi ilə toqquşub.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "Rai News 24" telekanalı məlumat yayıb.

Məlumata görə, hadisə Valle-d Aosta regionunun səmasında baş verib. Qəza nəticəsində azı 4 nəfər həlak olub, daha 2 nəfər yaralanıb.

Hələlik hadisənin başvermə səbəbi barədə məlumat yoxdur.

Daha əvvəl İtaliyada polisin təqibindən qaçan sürücü qəza törədib.

Son xəbərlər

Orphus sistemi