Yuxarı
    Bağlamaq

    Qətər əmiri siyasi böhranın həlli üçün Vaşinqtona getməyəcək

    Şeyx Tamim ölkə blokadada olduqca, Qətəri tərk etmək fikrində deyil

    Bakı. 9 iyun. REPORT.AZ/ Qətər əmiri şeyx Tamim bin Hamad əl Tani ölkəni tərk etmək, eləcə də ABŞ prezidenti Donald Trampın dəvəti ilə Vaşinqtona getməyi planlaşdırmır.

    "Report" xəbər verir ki, bu barədə Qətər hakimiyyətinin rəsmi nümayəndəsinə istinadən "Reuters" məlumat yayıb.

    "Əmir ölkə blokadada olduğu müddətcə, Qətəri tərk etməyi planlaşdırmır", - deyə agentliyin mənbəsi bildirib.

    Tramp Qətərə və onunla münasibətləri kəsən dövlətlərə fikir ayrılığının yoluna qoyulması istiqamətində köməyini təklif edib. Ağ evin məlumatına görə, Tramp bunu Qətər əmiri ilə telefon söhbətində deyib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi