Qətər əmiri 3,5 ildən sonra Sədiyyə Ərəbistanına səfər edib

Qətər əmiri 3,5 ildən sonra Sədiyyə Ərəbistanına səfər edib Qətər əmiri Şeyx Temim bin-Hamid əl-Sani dekabrın 5-də Səudiyyə Ərəbistanında səfərdir.
Digər ölkələr
5 Yanvar , 2021 14:11
Qətər əmiri 3,5 ildən sonra Sədiyyə Ərəbistanına səfər edib

Qətər əmiri Şeyx Temim bin-Hamid əl-Sani dekabrın 5-dən Səudiyyə Ərəbistanında səfərdir.

“Report” “Haber7”yə istinadən xəbər verir ki, onu Səudiyyə Ərəbistanının şahzadəsi, vəliəhd Məhəmməd bin Salman qarşılayıb.

Qətər şeyxi əl-Sani Körfəz Əməkdaşlıq Şurasının Zirvə toplantısında iştirak edəcək.

Küveyt və ABŞ-ın vasitəçiliyi ilə Səudiyyə Ərəbistanı ilə Qətər arasında əlaqələr normallaşıb. İki ölkə arasında quru, dəniz və hava sahələrində sərhədlər yenidən açılıb.

Türkiyə körfəzdəki ölkələr arasında normallaşmanı məmnunluqla qarşılayaraq başqa ərəb ölkələrinin də oxşar qərarları qəbul etməsi və Qətərə tətbiq etdikləri embarqonu aradan qaldıracağını gözlədiyini bildirib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Misir, Bəhreyn, Yəmən və Liviya Qətəri terrorizmə dəstək verməkdə və regionun sabitliyini pozmaqda ittiham edərək 2017-ci ilin iyununda onunla diplomatik münasibəti kəsmişdilər.

Xatırladaq ki, Qətər və qonşuları arasındakı münaqişə Körfəz ölkələri və ABŞ arasında keçirilən Ər-Riyad sammitindən bir həftə sonra 2017-ci il iyunun 5-də Qətərin xəbər agentliyinin ölkənin əmiri adından İranla əlaqələrin yaxşılaşdırılmasına dair çağırışın yer aldığı xəbəri saytda yerləşdirməsi ilə yaşanıb. Belə ki, sammit zamanı Səudiyyə Ərəbistanı hakimiyyəti bütün qonaqların adından düşmən siyasət yeritdiyinə görə Tehranı pisləyib və müvafiq addımlarla İranı hədələyib.

Son xəbərlər

Orphus sistemi