Qətər Çadın səfirliyini bağlayaraq onun diplomatlarını geri göndərir

Qətər Çadın səfirliyini bağlayaraq onun diplomatlarını geri göndərir Cavab tədbirləri Çadın müvafiq qərarından bir gün sonra qəbul edilib
Digər ölkələr
25 Avqust , 2017 02:57
Qətər Çadın səfirliyini bağlayaraq onun diplomatlarını geri göndərir

Bakı. 25 avqust. REPORT.AZ/ Çadın Dohadakı səfirliyi öz işini dayandırıb və onun əməkdaşlarına 72 saat ərzində ölkəni tərk etmək göstərişi verilib.

"Report" "Daily Sabah" nəşrinə istinadən xəbər verir ki, bu barədə Qətərin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Səfirliyin bağlanması üzrə cavab tədbirləri Çadın müvafiq qərarından bir gün sonra qəbul edilib.

Bundan əvvəl Qətərin əmiri şeyx Təmim bin Həməd ət-Tani bildirib ki, ərəb ölkələrinin Qətərə qarşı bu kampaniyası əvvəlcədən planlaşdırılıb.

Son xəbərlər

Orphus sistemi