Qazaxıstanın regionlarının əksəriyyətində parlament seçkiləri qurtardı

Qazaxıstanın regionlarının əksəriyyətində parlament seçkiləri qurtardı Qazaxıstan ərazisinin çox hissəsində parlamentin aşağı palatasına, həmçinin yerli səlahiyyətli orqanlara növbəti seçkilərdə səsvermə qurtarıb.
Digər ölkələr
10 Yanvar , 2021 18:31
Qazaxıstanın regionlarının əksəriyyətində parlament seçkiləri qurtardı

Qazaxıstan ərazisinin çox hissəsində parlamentin aşağı palatasına, həmçinin yerli səlahiyyətli orqanlara növbəti seçkilərdə səsvermə qurtarıb.

Bu barədə “Report” TASS-a istinadən xəbər verir.

Qeyd edilir ki, bir neçə qərb regionunda səsvermələr bir saat gec bitəcək. Respublikada səhər saat 07:00-dan (Bakı vaxtı ilə saat 05:00) axşam saat 20:00-yə (Bakı vaxtı ilə saat 18:00) qədər 9,9 min seçki məntəqəsi fəaliyyət göstərib.

Daha 66 seçki məntəqəsi ölkədən xaricdə, 53 dövlətdə təşkil edilib. Qazaxıstanın 12 min vətəndaşı xaricdə səs vermək hüququna malikdir.

Ölkənin seçici siyahılarında səsvermə hüququ olan 11,9 milyondan çox insan var. Yerli vaxtla saat 18:00-a (Bakı vaxtı ilə saat 16:00) olan məlumatlara görə, parlament seçkilərində seçici iştirakı 58,2% təşkil edib. Respublikanın Baş prokurorunun baş köməkçisi Azamat Sarqazin bildirib ki, hələ Məclisə seçkilərin keçirilməsi vaxtı seçki qanunvericiliyinin pozulmaları haqqında məlumatlar daxil olmayb.

Son xəbərlər

Orphus sistemi