Qazaxıstanın Belarusdakı səfirliyinin mühasibi təxminən 700 min dollar mənimsəməkdə ittiham olunur

Qazaxıstanın Belarusdakı səfirliyinin mühasibi təxminən 700 min dollar mənimsəməkdə ittiham olunur O, Astana polisində müvəqqəti saxlama təcridxanasına yerləşdirilib
Digər ölkələr
5 Yanvar , 2017 10:42
Qazaxıstanın Belarusdakı səfirliyinin mühasibi təxminən 700 min dollar mənimsəməkdə ittiham olunur

Bakı. 5 yanvar. REPORT.AZ/ Qazaxıstan Milli Antikorrupsiya Bürosu Qazaxıstanın Belarusdakı səfirliyinin baş mühasibi A.Seydualiyevi saxlayıb.

Bu barədə "Report" Qazaxıstan KİV-inə istinadən xəbər verir.

Qurumun mətbuat xidmətinin verdiyi məlumata görə, A.Seydualiyevin 2012-2015-ci illərdə səfirlik binasının tikintisiylə məşğul olan baş podratçı "Aktivbiznesplyus" MMC-yə guya ödənişlər həyata keçirdiyini göstərmək məqsədilə saxta kassa məxaric orderləri hazırlayıb və 207 min dollar dəyərində büdcə vəsaitini mənimsəyib.

Bundan əlavə, göstərilən müddət ərzində A.Seydualiyev Belarus vergi orqanlarından ƏDV-nin geri qaytarılması kimi səfirliyin ünvanına daxil olmuş 474,883 min dollar məbləğində pul vəsaitini də mənimsəyib.

"Mənimsənilmiş pul vəsaitinin ümumi məbləği 681,883 min dollar təşkil edir", - məlumatda bildirilib.

Mühasib saxlanılaraq Astana polisində müvəqqəti saxlama təcridxanasına yerləşdirilib. Məhkəməöncəsi istintaq prosesi davam etdirilir.

Son xəbərlər

Orphus sistemi