Qazaxıstandakı hərbi institutda araşdırmalara başlanılıb

Qazaxıstandakı hərbi institutda araşdırmalara başlanılıb Qazaxıstan Müdafiə Nazirliyi Alma- Atadakı Quru qoşunlarının hərbi institutunda araşdırmalara başlayıb.
Digər ölkələr
2 Dekabr , 2021 11:37
Qazaxıstandakı hərbi institutda araşdırmalara başlanılıb

Qazaxıstan Müdafiə Nazirliyi Almatıdakı Quru Qoşunlarının Hərbi İnstitutunda araşdırmalara başlayıb.

“Report” TASS-a istinadən xəbər verir ki, buna səbəb kursantların ali məktəbi kütləvi şəkildə icazəsiz tərk etmələridir.

Məlumata görə, dünən institutun 210 kursantı təhsil müəssisəsindən çıxıb.

İnstitutun rəhbəri, general-mayor Dulat Adırbekov bildirib ki, buna səbəb kadr təyinatları ilə bağlı fikir ayrılığı olub. Kursantların tələbi keçmiş komandiri geri qaytarmaqdır.

Hadisə ilə bağlı onların valideynləri məlumatlandırılıb.

Son xəbərlər

Orphus sistemi