Qazaxıstanda terror aktları törətməyi planlaşdıran qrup zərərsizləşdirilib

Qazaxıstanda terror aktları törətməyi planlaşdıran qrup zərərsizləşdirilib Qrup üzvlərindən partlayıcı qurğu hazırlamaq üçün xüsusi avadanlıqlar götürülüb
Digər ölkələr
22 Avqust , 2016 21:19
Qazaxıstanda terror aktları törətməyi planlaşdıran qrup zərərsizləşdirilib

Bakı. 22 avqust. REPORT.AZ/ Qazaxıstanın Milli Təhlükəsizlik Komitəsinin (MTK) əməkdaşları ölkə ərazisində silsilə terror aktları planlaşdıran radikal qrupun dörd üzvünü saxlayıb.

"Report"un xəbərinə görə, bu barədə MTK-nın mətbuat xidməti məlumat yayıb.

"Milli Təhlükəsizlik Komitəsinin əməkdaşları Almatı vilayətində silsilə terror aktları planlaşdıran radikal qrup üzvlərinin yaxalanması üçün xüsusi əməliyyat keçirib", - deyə məlumatda deyilir.

Məlumata görə, aralarında Qırğızıstan vətəndaşları da olan qrup üzvlərindən əldəqayırma partlayıcı qurğu hazırlamaq üçün xüsusi avadanlıqlar və dini-ekstremist materiallar götürülüb.

Son xəbərlər

Orphus sistemi