Yuxarı

​Qazaxıstanda seçkilər öncəsi "sükut günü" elan olunub

İstənilən seçkiqabağı təşviqat qadağandır

Astana. 25 aprel. REPORT.AZ/ Qazaxıstanda prezident seçkiləri öncəsi "sükut günü" elan olunub.

"Report"un Astanaya ezam olunmuş müxbiri xəbər verir ki, "sükut günü" ölkədə prezidentliyə namizədlərin istənilən təşviqatı qadağandır.

100 metr məsafədə seçkiqabağı plakatların yerləşdirilməsi seçkiqabağı kampaniyanın aparılması qaydalarının pozulması hesab ediləcək.

Qeyd edək ki, Qazaxıstan prezidenti postu uğrunda "Nur Otan" partiyasından dövlətin hazırki və dəyişməz rəhbəri Nursultan Nazarbayev, Kommunist Xalq partiyasından Turqun Sızdıkov və müstəqil namizəd Abelqazi Kusainov mübarizə aparır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi