Qazaxıstanda qaz partlayışı nəticəsində ölənlərin sayı 4-ə çatıb

Qazaxıstanda qaz partlayışı nəticəsində ölənlərin sayı 4-ə çatıb Qazaxıstanın Akmola vilayətinin Şortandı kəndində yaşayış binasında baş verən qaz partlayışı nəticəsində ölənlərin sayı artıb.
Digər ölkələr
21 Noyabr , 2021 15:12
Qazaxıstanda qaz partlayışı nəticəsində ölənlərin sayı 4-ə çatıb

Qazaxıstanın Akmola vilayətinin Şortandı kəndində yaşayış binasında baş verən qaz partlayışı nəticəsində ölənlərin sayı artıb.

Bu barədə "Report" Qazaxıstan mətbuatına istinadən xəbər verir.

Məlumata görə, 12 yaşlı yeniyetmə aldığı yanıq xəsarətlərindən dünyasını dəyişib. Bununla da hadisə qurbanlarının sayı 4-ə çatıb.

Bundan əvvəl Qazaxıstan Fövqəladə Hallar Nazirliyi məlumat verib ki, noyabrın 16-da Şortandı kəndində kazarma tipli üç mənzilli evdə qaz balonunun partlaması nəticəsində 3 nəfər ölüb, daha 10 nəfər, o cümlədən 4 uşaq xəstəxanaya yerləşdirilib.

Partlayış və yanğın nəticəsində xəsarət alan daha 3 uşağın müalicəsi davam edir. Onlardan biri ağır vəziyyətdə bədəninin 60%-i yanığı ilə reanimasiyadadır.

Son xəbərlər

Orphus sistemi