​Qazaxıstanda prezident seçkiləri keçirilir

​Qazaxıstanda prezident seçkiləri keçirilir 9 milyondan artıq insanın səsvermə hüququ var
Digər ölkələr
26 Aprel , 2015 07:47
​Qazaxıstanda prezident seçkiləri keçirilir

Astana. 26 aprel. REPORT.AZ/ Qazaxıstanda növbədənkənar prezident seçkilərinə start verilib.

“Report”un Astanaya ezam olunmuş müxbirinin məlumatına görə, seçki məntəqələri səhər saat 6-da müşahidəçilər üçün, saat 7-də isə artıq vətəndaşların səsverməsi üçün açıq elan edilib.

Səsvermə axşam saat 8-dək davam edəcək.

Qazaxıstanın xarici ölkələrdəki diplomatik missiyalarındakı məntəqələr də daxil olmaqla, ümumilikdə 9741 seçki məntəqəsi fəaliyyət göstərir.

Doqquz milyondan çox insan səsvermə hüququna malikdir ki, bu da ötən seçkilərlə müqayisədə 150 min nəfər çoxdur.

Qeyd edək ki, Qazaxıstanda prezident seçkiləri uğrunda hazırki dövlət başçısı Nursultan Nazarbayev (“Nur Otan” partiyası), Turqun Sızdıkov (Kommunist Xalq Partiyası) və müstəqil namizəd Abelqazi Kusainov mübarizə aparır.

Son xəbərlər

Orphus sistemi