Yuxarı
    Bağlamaq

    Qazaxıstanda planlaşdırılan terror hücumları barədə məlumata görə rəsmi mükafat veriləcək

    Yeni qaydalar 1 yanvar 2017-ci il tarixdən qüvvəyə minir

    Bakı. 17 noyabr. REPORT.AZ/ Qazaxıstanda terror aktının qarşısını alacaq və ya qarşısının alınmasına kömək edəcək məlumata görə, ödəniş qaydaları təsdiq edilib.

    "Report" TASS-a istinadən xəbər verir ki, hökumətin müvafiq fərmanı cümə axşamı rəsmi KİV-də dərc edilib.

    Yeni qaydalar 1 yanvar 2017-ci il tarixdən qüvvəyə minir. Məlumata görə, mükafatların məbləği terror hücumlarının qarşısının alınması kateqoriyasından asılı olacaq və 1,515 milyon təngədən (4,5 min ABŞ dolları) 2,021 milyon təngəyə (6 min ABŞ dolları) qədər dəyişəcək.

    Pul ittiham hökmünün qüvvəyə minməsindən sonra ödəniləcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi