Qazaxıstanda növbədənkənar parlament seçkiləri keçirilir

Qazaxıstanda növbədənkənar parlament seçkiləri keçirilir Aşağı palatada 98 yer uğrunda 6 siyasi partiya mübarizə aparır
Digər ölkələr
20 Mart , 2016 09:11
Qazaxıstanda növbədənkənar parlament seçkiləri keçirilir

Bakı. 20 mart. REPORT.AZ/ Qazaxıstanda milli parlament Məclisinə (aşağı palata) növbədənkənar seçkilərdə səsvermə başlayıb.

"Report" RİA "Novosti" agentliyinə istinadən xəbər verir ki, ölkədə 9840 seçki məntəqəsi fəaliyyət göstərir. Səsvermə yerli vaxtla saat 20:00-dək davam edəcək. Seçici siyahılarına 9 milyon 791 min nəfərin adı daxil olunub.

Aşağı palatada 98 yer (partiya siyahıları üzrə) uğrunda prezident Nursultan Nazarbayevin rəhbərlik etdiyi Nur Otan partiyası da daxil olmaqla, 6 siyasi partiya mübarizə aparır.

Son xəbərlər

Orphus sistemi