Qazaxıstanda məhkəmə 10 nəfəri öldürmüş şəxs barəsində ölüm hökmü çıxarıb

Qazaxıstanda məhkəmə 10 nəfəri öldürmüş şəxs barəsində ölüm hökmü çıxarıb Ruslan Kulekbayev ağır cəzaya layiq görülüb
Digər ölkələr
2 Noyabr , 2016 08:57
Qazaxıstanda məhkəmə 10 nəfəri öldürmüş şəxs barəsində ölüm hökmü çıxarıb

Bakı. 2 noyabr. REPORT.AZ/ Alma-Atanın İxtisaslaşdırılmış Rayonlararası məhkəməsi 10 nəfərin ölümündə təqsirli bilinən şəxs barəsində ölüm cəzası çıxarıb.

"Report"un məlumatına görə, bu barədə "RİA Novosti" xəbər yayıb.

Məlumatda bildirilir ki, hakimlər ağır cinayət törətmiş Ruslan Kulekbayev barəsində ən ağır hökm çıxarıblar.

Qeyd edək ki, hadisə iyulun 18-də baş verib. Silahlı şəxs Alma-Atada polisə hücum edib. Nəticədə aralarında qadın da olmaqla, 10 nəfər həlak olub.

Qazaxıstan prezidenti Nursultan Nazarbayev hadisəni terror aktı adlandırmışdı. 

Son xəbərlər

Orphus sistemi