Qazaxıstanın Karaqanda vilayətindəki Abay mədənində baş verən qəza nəticəsində bir neçə şaxtaçı həlak olub.
“Report” xəbər verir ki, bu barədə respublikanın Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Qeyd edilir ki, hadisə bu gün saat 09:30-da Abay şəhərində Abay şaxtasında qeydə alınıb. Hadisəyə səbəb ventilyasiya qurğusunda nasazlıq olub. Bu zaman mədənə metan qazı sızıb. Hadisə zamanı mədəndə 8 işçi olub.
Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, onlardan altısı ölüb, ikisi yaralanıb.