Qazaxıstanda komanda-qərargah təlimləri başlayıb

Digər ölkələr
  • 08 dekabr, 2016
  • 07:21
Qazaxıstanda komanda-qərargah təlimləri başlayıb

Bakı. 8 dekabr. REPORT.AZ/ Qazaxıstan Silahlı Qüvvələrində kompleks taktiki-sıra məşğələləri çərçivəsində komanda-qərargah təlimləri keçirilir.

Bu barədə "Report" "Tengrinews.kz" portalına istinadən xəbər verir.

Təlimə Müdafiə Nazirliyinin, Baş qərargahın və Silahlı Qüvvələrinin struktur bölmələrinin əməliyyat heyəti, Quru Qoşunları, Hava Müdafiəsi Qüvvələri, Hərbi Dəniz Qüvvələri, eləcə də regional komandanlıqlar cəlb olunub.

Komanda-qərargah təlimləri idarəetmə orqanlarının, birləşmə və hissələrin böhran vəziyyətlərinə reaksiyasının döyüş hazırlığının yoxlanılması, eləcə də xüsusi əməliyyatların təşkili zamanı ahəngdarlıq səviyyəsinin artırılması məqsədilə həyata keçirilir.

Qeyd edək ki, Qazaxıstan Silahlı Qüvvələrində döyüş hazırlığı üzrə taktiki-sıra məşğələləri dekabrın 2-də başlayıb və dekabrın 9-da başa çatacaq.