Bakı. 29 yanvar. REPORT.AZ/ Qazaxıstanın Almaatı şəhərindən 55 km şərqdə 5.1 maqnituda gücündə zəlzələ baş verib.
“Report” xəbər verir ki, bu barədə respublikanın Təhsil Nazirliyinin Elm Komitəsinin Seysmoloji elmi-təcrübi ekspedisiya xidmətinin məlumatında bildirilir.
"Zəlzələnin episentri Qazaxıstan ərazisində, Almaatıdan 55 km məsafədə yerləşib. Maqnituda 5,1 olub", - deyə xidmətin məlumatında qeyd edilib.
Bildirilir ki, yeraltı təkanların ocağı 5 km dərinlikdə olub.