Qazaxıstan Prezidenti hökuməti qorxaqlıqda günahlandırıb

Qazaxıstan Prezidenti hökuməti qorxaqlıqda günahlandırıb Nazarbayev: "Bəs onda niyə işləyirsiniz?"
Digər ölkələr
30 Yanvar , 2019 12:57
Qazaxıstan Prezidenti hökuməti qorxaqlıqda günahlandırıb
0 : 00
0 : 00

Bakı. 30 yanvar. REPORT.AZ/ Qazaxıstan Prezidenti Nursultan Nazarbayev hökuməti ölkədə müflisləşmə institutunun tətbiqi ilə bağlı qərar verməyi bacarmamaqda ittiham edib.

Bu barədə "Report" "İnterfaks"a istinadən xəbər verir.

"İqtisadiyyatı müflislərdən təmizləmədən normal inkişaf edə bilməyəcəyik. Hökumət də, banklar da daim büdrəyəcək. Müflisləşmə institutu bazar iqtisadiyyatlı ölkələrdə olduqca yayılmış haldır. Siz sadəcə, qorxaqlarsız, əliniz, diziniz əsir!", - N.Nazarbayev Astanada hökumətin genişləndirilmiş görüşündə bildirib.

O, hökumətə xitaban "Bəs onda niyə işləyirsiniz?" deyə müraciət edib.

Prezident bu məsələni həll etmək üçün Baş nazirə tapşırıq verib. 

Son xəbərlər

Orphus sistemi