Yuxarı

​Qazaxıstan prezidenti əhalini Qərb məhsullarından imtina etməyə çağırıb

Fua-qrasız, banansız da yaşamaq olar

Bakı. 8 sentyabr. REPORT.AZ/ Qazaxıstan prezidenti Nursultan Nazarbayev ölkə vətəndaşlarını Qərb məhsulları və istehlak mallarından imtina etməyə çağırıb.

"Report" "Tegrinews"a istinadən xəbər verir ki, bunu qazax lideri ölkənin Akmolin vilayətində kənd təsərrüfatı məhsulları istehsalçıları ilə görüşü zamanı bildirib.

"Misal üçün, Qərb geyimi — onsuz da yaşamaq olar. Düzdür? Ümumiyyətlə bizim üçün zərərli olan fua-qrasız, banansız da yaşamaq olar", — deyə o bildirib.

Nazarbayev aqronomlarla görüşü zamanı onları ölkənin əsas qida təminatçıları adlandırıb və qeyd edib ki, Qazaxıstan sakinlərinin "geyimləri var", onlar bütün lazımi mallar ilə təmin olunublar və Qərb malları onlara lazım deyil.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi