Qazaxıstan parlamenti konstitusiya əlavə və dəyişikliklər layihəsini qəbul edib

Qazaxıstan parlamenti konstitusiya əlavə və dəyişikliklər layihəsini qəbul edib Layihə ölkədə parlamentin rolunun artırılmasını nəzərdə tutur
Digər ölkələr
6 Mart , 2017 10:52
Qazaxıstan parlamenti konstitusiya əlavə və dəyişikliklər layihəsini qəbul edib

Bakı. 6 mart. REPORT.AZ/ Qazaxıstan parlamentinin Məclis və Senatının (Aşağı və Yuxarı Palata) birgə iclasında ikinci və yekun oxunuşda ölkə konstitusiyasına əlavə və dəyişiklər edilməsi barədə qanun layihəsi qəbul olunub.

Bu barədə "Report" RİA "Novosti"yə istinadən xəbər verir.

Əlavə və dəyişikliklər ölkədə parlamentin rolunun artırılmasına istiqamətlənib. Sənəd hökümətin formalaşmasında Məclisin rolunu genişləndirməklə yanaşı, parlament palatalarının Nazirlər Kabinetinin fəaliyyətinə nəzarət etmək səlahiyyətini gücləndirir.

Xatırladaq ki, 2016-cı il dekabr ayının ortalarında Qazaxıstan prezidenti Nursultan Nazarbayev xüsusi komissiyanın prezident, parlament və hökümət arasında səlahiyyətlərin yenidən bölüşdürülməsi imkanlarını yenidən nəzərdən keçirməli olduğunu qeyd edib. Bununla belə, o, Qazaxıstanın prezident idarəetmə formasına malik dövlət olduğunu və gələcəkdə də belə qalacağını vurğulayıb.

Son xəbərlər

Orphus sistemi