Qazaxıstanda iğtişaşlarda həlak olan təhlükəsizlik əməkdaşlarının sayı 18-ə çatıb

Qazaxıstanda iğtişaşlarda həlak olan təhlükəsizlik əməkdaşlarının sayı 18-ə çatıb Qazaxıstanın bölgələrində baş verən iğtişaşlar nəticəsində 8 polis əməkdaşı və Milli Qvardiyanın əsgəri həlak olub, 317 nəfər yaralanıb.
Digər ölkələr
6 Yanvar , 2022 19:14
Qazaxıstanda iğtişaşlarda həlak olan təhlükəsizlik əməkdaşlarının sayı 18-ə çatıb

Qazaxıstanda iğtişaşlar nəticəsində həlak olan təhlükəsizlik əməkdaşlarının sayı 18 nəfərə çatıb.

“Report” xəbər verir ki, bu barədə Qazaxıstan KİV-i ölkənin Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb.

Qarşıdurmalar zamanı 353 nəfər yaralanıb.

01:32

Qazaxıstanın bölgələrində baş verən iğtişaşlar nəticəsində 8 polis əməkdaşı və Milli Qvardiyanın əsgəri həlak olub, 317 nəfər yaralanıb.

“Report” yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə respublika Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

"Nizamsızlıq edən kütlənin əlindən qanun-qaydanı və əhalinin sağlamlığını təmin edən asayiş keşikçiləri, həkimlər, həmçinin sadə vətəndaşlar, eləcə də yaşlı insanlar, yüzlərlə insan zərər çəkib. 317 polis əməkdaşı və Milli Qvardiyanın hərbi qulluqçusu yaralanıb, səkkiz nəfər həlak olub”, - xəbərdə deyilir.

Qeyd olunur ki, çərşənbə günü ölkənin bəzi rayonlarında “təxribatçıların təşkil etdiyi, xuliqan ünsürlərin dəstəklədiyi iğtişaşlar, vandalizm və talançılıq davam edib”.

Son xəbərlər

Orphus sistemi