Qazaxıstan avqustun 31-dək şəkər ixracına qadağa qoyub

Qazaxıstan avqustun 31-dək şəkər ixracına qadağa qoyub Qazaxıstan hökuməti daxili bazarı təmin etmək üçün avqustun 31-dək şəkər ixracına müvəqqəti qadağa tətbiq edib.
Digər ölkələr
7 May , 2024 01:02
Qazaxıstan avqustun 31-dək şəkər ixracına qadağa qoyub

Qazaxıstan hökuməti daxili bazarı təmin etmək üçün avqustun 31-dək şəkər ixracına müvəqqəti qadağa qoyub.

“Report” xəbər verir ki, bu barədə Qazaxıstan hökumətinin mətbuat xidməti xarici ticarət siyasəti və beynəlxalq iqtisadi təşkilatlarda iştirak məsələləri üzrə qurumlararası komissiyanın iclasının yekunlarına dair məlumatda bildirib.

“Qazaxıstanlıların fasiləsiz şəkər tədarükü üçün komissiyanın iclasında 2024-cü il avqustun 31-dək üçüncü ölkələrə, o cümlədən Avrasiya İqtisadi Birliyinə üzvü olan dövlətlərə şəkərin ixracına müvəqqəti qadağa tətbiq edilməsi barədə kollegial qərar qəbul olunub. Bu tədbir beynəlxalq tranzitə təsir etməyəcək”, - məlumatda bildirilir.

Bildirilib ki, anbarlardakı şəkər ehtiyatlarının qalığı və Qazaxıstana idxal həcmləri 256 min tona yaxındır. Bu, ölkənin 500-550 min ton təşkil edən illik tələbatının yarısına bərabərdir.

Son xəbərlər

Orphus sistemi