Qayanada neft tankerində partlayış baş verib

Qayanada neft tankerində partlayış baş verib Qayananın Demerara çayı ərazisində tankerdə yanacağın partlayışı zamanı azı üç nəfər həlak olub.
Digər ölkələr
28 İyun , 2021 07:34
Qayanada neft tankerində partlayış baş verib

Qayananın Demerara çayı ərazisində tankerdə yanacağın partlayışı zamanı azı üç nəfər həlak olub.

“Report” xəbər verir ki, bu barədə EFE agentliyi bildirib.

Məlumata görə, gəmi təmirdə imiş, çənlərdən yanacağın sızması zamanı partlayış baş verib. Qeyd edilir ki, hadisəyə təhlükəsizlik qaydalarına riayət edilməməsi səbəb olub.

Partlayış nəticəsində yaralananların olub-olmaması barədə məlumat verilmir.

Son xəbərlər

Orphus sistemi