"Qatar Airways" aviaşirkəti sərnişini müsəlmanların dini hisslərini təhqir etməkdə ittiham edib

"Qatar Airways" aviaşirkəti sərnişini müsəlmanların dini hisslərini təhqir etməkdə ittiham edib Sərnişin Cozef Breslin oturacağının qoltuqaltı hissəsinə təhqiramiz ifadə yazıb
Digər ölkələr
4 Oktyabr , 2017 16:48
Qatar Airways aviaşirkəti sərnişini müsəlmanların dini hisslərini təhqir etməkdə ittiham edib

Bakı. 4 oktyabr. REPORT.AZ/ Qətər milli aviaşirkətinin təyyarəsinin sərnişini oturacağının qoltuqaltı hissəsinə müsəlmanların dini hisslərini təhqir edən ifadə yazdığına görə həbs oluna bilər.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, 36 yaşlı Cozef Breslin "Qatar Airways" aviaşirkətinin təyyarəsi ilə biznes sinifdə Londona uçarkən qalmaqala səbəb olub.

Uçuş zamanı təyyarədəki xidmət onu razı salmayıb, üstəlik, o, uçuşdan yorulub və bütün bunların yekununda oturacağının qoltuqaltı hissəsinə təhqiramiz ifadə yazıb.

Təyyarə endikdən sonra D.Breslin eyni sözləri salfetə yazaraq onu təyyarədə müsəlman baş örtüyü ilə oturan iki sərnişinin arasına atıb.

Hadisə iyulun 8-də baş verib, elə həmin olay zamanı da D.Breslin saxlanılıb. O, günahını etiraf edib, amma oktyabr 31-də hökm verilənə qədər girovla azadlığa buraxılıb.

İşə baxan hakim D.Breslinin həbs cəzası ilə üzləşə biləcəyini də istisna etməyib.

Son xəbərlər

Orphus sistemi