Bakı. 20 yanvar. REPORT.AZ/ Qərbi Afrika Dövlətləri İqtisadi Birliyi (QADİB) Qambiyada hərbi əməliyyatları dayandırıb.
"Report" xəbər verir ki, bu barədə QADİB məlumat yayıb.
Bildirilir ki, əməliyyatlar prezidentlik müddəti başa çatan Yəhya Cammeyə yanvarın 20-si günorta saatlarına qədər hakimiyyəti yeni dövlət başçısına təhvil vermək şansı yaratmaq üçün dayandırılıb.