Qahirədə yaşayış binası uçub, azı 10 nəfər ölüb

Qahirədə yaşayış binası uçub, azı 10 nəfər ölüb Hadisə paytaxtın ən sıx məskunlaşmış kasıb rayonlarından birində baş verib
Digər ölkələr
23 Fevral , 2018 07:30
Qahirədə yaşayış binası uçub, azı 10 nəfər ölüb

Bakı. 23 fevral. REPORT.AZ/ Misirin paytaxtı Qahirədə beşmərtəbəli yaşayış binasının uçması nəticəsində azı 10 nəfər ölüb.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə yerli MENA rəsmi informasiya agentliyi məlumat yayıb.

Qahirənin Mülki Müdafiə İdarəsindəki mənbənin bildirdiyinə görə, bina paytaxtın ən sıx məskunlaşmış kasıb rayonlarından olan Manşiat-Nasrdə uçub. O, hazırda dağıntılar altından 10 meyitin çıxarıldığı əlavə edib.

Son xəbərlər

Orphus sistemi