Misirdə turist avtobusunun partladılması nəticəsində ölənlərin sayı artıb - YENİLƏNİB-2

Misirdə turist avtobusunun partladılması nəticəsində ölənlərin sayı artıb - YENİLƏNİB-2 Bakı. 29 dekabr. REPORT.AZ/ Qahirədə turist avtobusunun partladılması nəticəsində ölənlərin sayı 4 nəfərə çatıb.
Digər ölkələr
29 Dekabr , 2018 01:05
Misirdə turist avtobusunun partladılması nəticəsində ölənlərin sayı artıb - YENİLƏNİB-2

Bakı. 29 dekabr. REPORT.AZ/ Qahirədə turist avtobusunun partladılması nəticəsində ölənlərin sayı 4 nəfərə çatıb.

“Report” "Al Arabiya" telekanalına istinadən xəbər verir ki, onlardan üçü Vyetnam vətəndaşı, biri isə misirli bələdçidir.


***22:51

Bakı. 28 dekabr. REPORT.AZ/ Misirin paytaxtı Qahirədə yerləşən Gizə piramidaları ərazisində içərisində turistlərin olduğu avtobusun partladılması nəticəsində 2 nəfər ölüb, 12-si yaralanıb.

“Report” xəbər verir ki, bu barədə Misirin Daxili İşlər Nazirliyinə (DİN) istinadən "Al Jazeera" məlumat yayıb.

DİN-in məlumtına görə, avtobus Vyetnamdan olan 14 turisti daşıyırmış.


***21:26

Bakı. 28 dekabr. REPORT.AZ/ Misirin paytaxtı Qahirədə yerləşən Gizə piramidaları ərazisində içərisində turistlərin olduğu avtobus partladılıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə cümə günü "Sky News Arabia" telekanalı məlumat yayıb.

Bildirilir ki, ölən və yaralananlar var.

Daha əvvəl Hindistanda sərnişin avtobusu körpüdən çaya aşıb.

Son xəbərlər

Orphus sistemi