Qahirədə polis etiraz aksiyasını dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib

Qahirədə polis etiraz aksiyasını dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib Misirlilər ölkə rəhbərliyinin iki mübahisəli adanı Səudiyyə Ərəbistanına vermək qərarına etiraz edir
Digər ölkələr
15 Aprel , 2016 16:31
Qahirədə polis etiraz aksiyasını dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib

Bakı. 15 aprel. REPORT.AZ/ Misir polisi Qahirədə etiraz aksiyasını dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, misirlilər ölkə rəhbərliyinin iki mübahisəli adanı - Qırmızı dənizdə yerləşən Tiran və Sanafir adalarını Səudiyyə Ərəbistanına vermək qərarına etiraz edirlər. Polis onlarla etirazçını həbs edib.

Daha əvvəl vətəndaş cəmiyyəti fəalları, o cümlədən "Müsəlman qardaşlar"ını dəstəkləyənlər sosial şəbəkələrdə misirlilərə hakimiyyətin yuxarıda göstərilən addımına görə etiraz aksiyasına qoşulmaqla bağlı çağırış etmişdi. Dünən isə Misir Daxili İşlər Nazirliyi vətəndaşlara müraciətində bu etiraz aksiyalarında iştirak etməməyə çağırmış və asayişi təmin etmək üçün sərt tədbirlər görəcəyini bildirmişdi.

Son xəbərlər

Orphus sistemi