Yuxarı
    Bağlamaq

    ​"Qadın rəşadətinə görə" beynəlxalq mükafatının qalibləri açıqlanıb

    Mükafat sosial ədalət və insan haqları sahəsində göstərilən cəsarət və liderlik qabiliyyətinə görə fərqlənən qadınlara verilir

    Bakı. 7 mart. REPORT.AZ/ ABŞ Dövlət Departamenti dünyadakı 10 rəşadətli qadını mükafatlandırıb. Bu barədə "Report" "Anadolu" agentliyinə istinadən xəbər verir.

    Bununla bağlı ABŞ Dövlət Departamentində "Qadın rəşadətinə görə" ("International Women of Courage Award") beynəlxalq mükafatının təqdimat mərasimi keçirilib.

    Mükafatın verildiyi qadınlar Suriya (Macide Çorbacı), Əfqanıstan (Nilufər Rəhmani), Banqladeş (Nayda Şermin), Boliviya (Rosa Julieta Montano Salavatierra), Myanmar (May Sabe Phyu), Mərkəzi Afrika Respublikası (Beatrice Epaye), Yaponiya (Sayaka Osakabe), Kosovo (Arbana Xharra), Pakistan (Təbəssüm Adnan), Qana (Marie Claire Tchecola) olub. Qadınları hər biri göstərdiyi rəşadətə görə bu mükafata layiq görülüblər.

    Xatırladaq ki, adıçəkilən mükafat ABŞ-ın keçmiş dövlət katibi Kondoliza Rays tərəfindən 2007-ci ildə təsis edilib. Həmin ildən bəri bu mükafata dünyanın 50 ölkəsindən 86 qadın layiq görülüb. Mükafat sosial ədalət və insan haqları sahəsində göstərilən cəsarət və liderlik qabiliyyətinə görə fərqlənən qadınlara verilir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi