Yəmən sahillərində qaçaqmalçı 50-dən çox yeniyetmə qaçqını suda batırıb

Yəmən sahillərində qaçaqmalçı 50-dən çox yeniyetmə qaçqını suda batırıb Afrikadan olan 29 qaçqının qaçqının cəsədi tapılıb, daha 22 nəfər isə itkin düşüb
Digər ölkələr
9 Avqust , 2017 23:23
Yəmən sahillərində qaçaqmalçı 50-dən çox yeniyetmə qaçqını suda batırıb

Bakı. 9 avqust. REPORT.AZ/ Efiopiya və Somalidən qaçqınları Yəmənin sahillərinə qeyri-leqal daşıyan qaçaqmalçı 120 yeniyetmə miqrantı gəmidən atıb.

"Report"un məlumatına görə, bu barədə "Reuters" Beynəlxalq Miqrasiya Təşkilatına istinadən xəbər verib. 

Sağ qalmış qaçqınlar bildiriblər ki, qaçaqmalçı yaxınlıqdakı sahil zonasında sahil mühafizəsinin gəmisinə bənzəyən gəmini gördükdən sonra onları suya atıb. Axtarış-xilasetmə əməliyyatı nəticəsində Afrikadan olan 29 qaçqının qaçqının cəsədi tapılıb. Daha 22 nəfər isə itkin düşüb.

Suda boğulmuş miqrantların orta yaş həddi 16-dır. 

Son xəbərlər

Orphus sistemi