Qabonda qiyamçı hərbçilər həbs olunub - VİDEO - YENİLƏNİB

Qabonda qiyamçı hərbçilər həbs olunub - VİDEO - YENİLƏNİB Paytaxt Librevilin küçələrində tanklar və hərbi avtomobillər hərəkər edir
Digər ölkələr
7 Yanvar , 2019 13:51
Qabonda qiyamçı hərbçilər həbs olunub - VİDEO - YENİLƏNİB
0 : 00
0 : 00

Bakı. 7 yanvar. REPORT.AZ/ Qabonda dövlət radiosunu ələ keçirərək dövlət çevrilişinə cəhd edən hərbçilər həbs olunublar.

“Report” RİA "Novosti”yə istinadən xəbər verir ki, bunu hökumət sözçüsü, kommunikasiya naziri Guy Bertran Maponqu bildirib.

Onun sözlərinə görə, yaxın iki-üç saat ərzində ölkədə vəziyyət sabitləşdiriləcək.


*** 12:11

Mərkəzi Afrikanın qərb sahillərində yerləşən Qabonda hərbçilər dövlət radiostansiyasına nəzarəti ələ keçirərək ölkə Prezidentinə etibarın tükənməsinə görə "Milli Bərpa Şurası" yaradıldığını açıqlayıblar.

“Report” “BBC News”a istinadən xəbər verir ki, hərbçilər radioefirdə Qabonda demokratiyanın bərpa edilməsinin vaxtının yetişdiyini bildiriblər.

Qeyd olunur ki, paytaxt Librevilin küçələrində tanklar və hərbi avtomobillər hərəkər edir.

Əlavə edək ki, Qabona 2009-cu ildən bəri hakimiyyətdə olan Prezident Əli Bonqo Ondimba başçılıq edir. KİV-in məlumatına görə, o, ötən ilin oktyabr ayında insult keçirib və Mərakeşdə müalicə kursu keçib.

Son xəbərlər

Orphus sistemi