Putinlə Tokayev arasında telefon danışığı olub

Putinlə Tokayev arasında telefon danışığı olub Rusiya Prezidenti Vladimir Putinlə qazaxıstanlı həmkarı Kasım-Comərt Tokayev arasında telefon danışığı olub.
Digər ölkələr
13 Yanvar , 2022 14:06
Putinlə Tokayev arasında telefon danışığı olub
Vladimir Putin və Kasım-Comərt Tokayev

Rusiya Prezidenti Vladimir Putinlə qazaxıstanlı həmkarı Kasım-Comərt Tokayev arasında telefon danışığı olub.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Kremlin Mətbuat Xidməti məlumat yayıb.

İki ölkə prezidentləri sülhməramlıların Qazaxıstandakı fəaliyyətini müzakirə ediblər.

“Qazaxıstan Prezidenti Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının səmərəli fəaliyyətini nəzərə alaraq ölkədə, nəhayət, asayişin bərpası üzrə tədbirlər haqqında məlumat verib.

Sülhməramlı kontingentin Qazaxıstan ərazisindən razılaşdırılmış şəkildə çıxarılmasına başlanması ilə bağlı məsələlərə dair fikri mübadiləsi aparılıb”, - Kremldən bildirilib.

Son xəbərlər

Orphus sistemi