Putin ölkəsinin Ukraynadakı durumla bağlı Qərblə danışıqlara hazır olduğunu deyib

Putin ölkəsinin Ukraynadakı durumla bağlı Qərblə danışıqlara hazır olduğunu deyib Rusiya Prezidenti Vladimir Putin ölkəsinin Ukraynadakı durumla bağlı Qərblə danışıqlara hazır olduğunu deyib.
Digər ölkələr
19 Dekabr , 2023 16:44
Putin ölkəsinin Ukraynadakı durumla bağlı Qərblə danışıqlara hazır olduğunu deyib

Rusiya Prezidenti Vladimir Putin ölkəsinin Ukraynadakı durumla bağlı Qərblə danışıqlara hazır olduğunu deyib.

“Report” TASS-a istinadən xəbər verir ki, o, bu barədə Müdafiə Nazirliyinin kollegiyasının genişləndirilmiş iclasında danışıb.

V.Putin bildirib ki, bu, Moskvanın maraqlarına uyğun olmalıdır.

Rusiya lideri, həmçinin qeyd edib ki, Ukraynanın NATO-ya üzvlüyü Kreml üçün təkcə indi yox, gələcəkdə də qəbuledilməz olacaq: “Amma biz Avropa və NATO ilə döyüşmək niyyətində deyilik”.

Dövlət başçısının sözlərinə görə, Rusiya həmişə Ukrayna ilə normal münasibətlər qurmağa çalışıb.

Son xəbərlər

Orphus sistemi