Putin və Tramp Koreya yarımadasının nüvə probleminin həllini müzakirə edib

Putin və Tramp Koreya yarımadasının nüvə probleminin həllini müzakirə edib Danışıqlar zamanı həmçinin ikitərəfli münasibətlərin aktual məsələlərinə toxunulub
Digər ölkələr
15 Dekabr , 2017 02:29
Putin və Tramp Koreya yarımadasının nüvə probleminin həllini müzakirə edib

Bakı. 15 dekabr. REPORT.AZ/ Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında telefon danışığı baş tutub.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, söhbət zamanı iki ölkə lideri Koreya yarımadasındakı nüvə probleminin həlli də daxil olmaqla böhran nöqtələrindəki vəziyyəti müzakirə edib.

Telefon danışığı Amerika tərəfinin təşəbbüsü ilə baş tutub. Danışıqlar zamanı həmçinin ikitərəfli münasibətlərin aktual məsələlərinə toxunulub.

Son xəbərlər

Orphus sistemi