Putinlə Makronun telefon danışığının detalları məlum olub

Putinlə Makronun telefon danışığının detalları məlum olub Rusiya Prezidenti Vladimir Putinlə Fransanın dövlət başçısı Emmanuel Makron arasında telefon danışığının detalları məlum olub.
Digər ölkələr
3 Mart , 2022 17:55
Putinlə Makronun telefon danışığının detalları məlum olub

Rusiya Prezidenti Vladimir Putinlə Fransanın dövlət başçısı Emmanuel Makron arasında telefon danışığının detalları məlum olub. 

“Report” TASS-a istinadən xəbər verir ki, V.Putin fransalı həmkarını xarici vətəndaşların Ukrayna ərazisindən təhlükəsiz təxliyəsini təmin etmək üçün səylərə qoşulmağa çağırıb.

O, xüsusilə Xarkovda Ukrayna güclərinin girovluğunda olan hindistanlı böyük bir tələbə qrupunu xatırladıb.

E.Makron Kiyev rəhbərliyi ilə müvafiq iş aparacağına söz verib.

Həmçinin V.Putin Rusiyanın Ukraynadakı humanitar problemlərin həlli üçün xarici tərəfdaşlarla əməkdaşlığa hazır olduğunu təsdiqləyib.

15:50

Rusiya Prezidenti Vladimir Putinlə fransalı həmkarı Emmanuel Makron arasında telefon danışığı olub.

“Report” TASS-a istinadən xəbər verir ki, dövlət başçılarının müzakirələri bir saat yarım çəkib.

Ardınca E.Makron Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefonla danışıb.

Telefon danışıqları zamanı Ukraynadakı vəziyyət müzakirə olunub.

Son xəbərlər

Orphus sistemi