Putin Trampla qarşılıqlı münasibətlərindən danışıb

Putin Trampla qarşılıqlı münasibətlərindən danışıb Rusiya prezidenti: "Şəxsi münasibətlər, demək olar ki, yoxdur, yalnız bir dəfə görüşmüşük"
Digər ölkələr
4 Oktyabr , 2017 17:58
Putin Trampla qarşılıqlı münasibətlərindən danışıb
Rusiya prezidenti Vladimir Putin / AFP 2017/ DON EMMERT

Bakı. 4 oktyabr. REPORT.AZ/ Rusiya prezidenti Vladimir Putin amerikalı həmkarı Donald Trampla yalnız iş məsələləri ilə əlaqədar qarşılıqlı münasibət qurur.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə V.Putin Enerji Effektivliyi üzrə Beynəlxalq Forumun plenar iclasında bildirib.

"Şəxsi münasibətlər, demək olar ki, yoxdur, yalnız bir dəfə görüşmüşük. Bir neçə dəfə qarşılıqlı maraq doğuran müxtəlif mövzular barədə telefonla danışmışıq", - deyə V.Putin vurğulayıb.

Rusiya prezidenti rəsmi Moskvanın Suriya məsələsində bir çox istiqamətlərdə ABŞ ilə əməkdaşlıq etdiyini bildirib.

Xatırladaq ki, Rusiya və ABŞ prezidentləri G20 sammitinin ilk günündə - iyulun 7-də danışıqlar aparıb. Onların söhbəti 2 saat 15 dəqiqə davam edib.

Son xəbərlər

Orphus sistemi