Yuxarı
    Bağlamaq

    Putin-Tramp görüşündə Lavrov və Tillerson da iştirak edəcək

    Görüşdə hər iki ölkədən tərcüməçilər də iştirak edəcəklər

    Bakı. 7 iyul. REPORT.AZ/ Rusiya prezidenti Vladimir Putinin ABŞ prezidenti Donald Trampla görüşündə daha 4 nəfər iştirak edəcək.

    "Report" xəbər verir ki, bununla bağlı "Axios" portalı adını çəkmədiyi məmura istinadən məlumat yayıb.

    Məlumatda bildirilir ki, iki prezidentin görüşünü Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ-ın dövlət katibi Reks Tillerson təşkil edəcək. Bundan əlavə, görüşdə hər iki ölkədən tərcüməçilər də iştirak edəcəklər.

    Qeyd edək ki, Almaniyanın Hamburq şəhərində keçiriləcək G20 sammitində Putin-Tramp görüşü bu gün yerli vaxtla saat 15:45-də baş tutacaq. Ölkə başçılarının söhbəti yarım saatdan bir saata qədər davam edəcək.

    Bundan əvvəl isə Tillerson Tramp və Putinin G20 sammitində danışıqlarının mövzusunu açıqlayıb. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi