Putin Soçidə Merkellə görüşəcək

Putin Soçidə Merkellə görüşəcək Liderlər müxtəlif məsələləri müzakirə edəcəklər
Digər ölkələr
2 May , 2017 08:33
Putin Soçidə Merkellə görüşəcək
Courtesy İmage

Bakı. 2 may. REPORT.AZ/ Rusiya prezidenti Vladimir Putin Ukraynada yaranmış vəziyyəti və Minsk razılaşmasının həyata keçirilməsini, terrorizmlə mübarizəni, habelə Suriya problemini müzakirə etmək üçün bu gün Soçidə Almaniya kansleri Angela Merkellə görüşəcək.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, Merkelin Rusiyaya səfəri "Böyük İyirmilər"in iyulda Hamburqda keçiriləcək sammitinə hazırlıq məqsədi daşıyır. Ölkə rəhbərləri qarşıdan gələn sammitlə bağlı fikir mübadiləsi aparacaqlar.

Kremlin mətbuat xidmətindən bildirilib ki, Putin və Merkel ikitərəfli münasibətlərin hazırkı vəziyyətini, perspektivini, o cümlədən energetika, ticarət-iqtisadi və mədəni-humanitar sahələrdə əməkdaşlığı müzakirə etməyi planlaşdırırlar.

Bundan əlavə, Kremldə qeyd ediblər ki, liderlər danışıqlar zamanı terrorizmlə mübarizə məsələsinə, Yaxın Şərqdə vəziyyətə, Ukrayna böhranının nizamlanması üzrə Minsk razılaşmasına da toxunacaqlar. 

Son xəbərlər

Orphus sistemi