Yuxarı
    Bağlamaq

    ​Putin: "Rusiya Xəzər dənizi üzərindəki hava məkanından İŞİD-lə mübarizədə istifadə edəcək"

    Rusiya prezidenti: Qonşularımız arasında yaranacaq narahatçılığı minimuma endirməliyik

    Bakı. 23 noyabr. REPORT.AZ/ "Rusiya Xəzər dənizi üzərindəki hava məkanından İŞİD-lə mübarizədə və terror aktlarında əli olanları cəzalarındırmayanadək istifadə edəcək".

    "Report"un "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bunu Rusiya prezidenti Vladimir Putin Tehranda Türkmənistan prezidenti Qurbanqulu Berdımuhammedovla görüşdə bildirib.

    "O ki, qaldı bizim regiondakı dostlarımızın Xəzər dənizi üzərindəki hava məkanından istifadə edilməsindən narahatçılığına, bizim qazaxıstanlı dostlarımız hələ heç nə deməyib, lakın biz bunu nəzərə alacağıq".

    Rusiyanın dövlət başçısı əlavə edib ki, hər hansı bir narahatçılıq yaranarsa, onları minimuma endirmək lazımdır. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi