Putin: “Rusiya “Şimal axını 2” layihəsinin tikintisini özü başa çatdıra biləcək”

Putin: “Rusiya “Şimal axını 2” layihəsinin tikintisini özü başa çatdıra biləcək” “Rusiya “Şimal axını 2” layihəsinin tikintisini xarici tərəfdaşların iştirakı olmadan özü başa çatdıra biləcək. Yeganə sual vaxt məsələsidir. ”
Digər ölkələr
11 Yanvar , 2020 23:08
Putin: “Rusiya “Şimal axını 2” layihəsinin tikintisini özü başa çatdıra biləcək”

“Rusiya “Şimal axını 2” layihəsinin tikintisini xarici tərəfdaşların iştirakı olmadan özü başa çatdıra biləcək. Yeganə sual vaxt məsələsidir. ”

“Report”un Moskva müxbiri xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Almaniya kansleri Angela Merkel ilə keçirdiyi mətbuat konfransında söyləyib.

Putin qeyd edib ki, son tarixlər dəyişdiriləcək: “Ümid edirəm ki, bu ilin və ya gələn ilin birinci rübünün sonunda işlər başa çatacaq və qaz kəməri fəaliyyət göstərəcək”.

Almaniya kansleri isə öz növbəsində “Şimal axını 2” layihəsinin iqtisadi layihə olduğunu vurğulayıb: “Düşünürəm ki, layihə Amerikanın sanksiyalarına baxmayaraq həyata keçiriləcək. Siyasi problemlərə baxmayaraq, sanksiyaların səhv bir yol olduğuna inanırıq və bu layihəni dəstəkləməyə davam edəcəyik”.

Son xəbərlər

Orphus sistemi