Bakı. 14 aprel. REPORT.AZ/ "ABŞ prezidenti Barak Obamanın etirafı bir daha onun layiqli insan olduğunu sübut edir".
"Report" xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin ABŞ liderinin Liviyaya müdaxilənin əsas səhvi olmasını söyləməsinə münasibət bildirərkən deyib.
"Belə şeyləri demək asan iş deyil. Obama hələ senator olarkən həmin dövrdəki rəhbərliyi İraqa müdaxilə etdiyinə görə tənqid etmişdi. Amma prezident seçildikdən sonra özü də həmin səhvi təkrarladı. Sadəcə, heç də hamı bu cür etiraf edə bilməzdi. Bu yaxşıdır. Amma bu səhvlərin sıralanması, az qala Suriyaya da gəlib çıxması pisdir", - deyə V.Putin bildirib.