Putin Myanmada müsəlmanlara qarşı törədilən zorakılığı pisləyib

Putin Myanmada müsəlmanlara qarşı törədilən zorakılığı pisləyib Bakı. 5 sentyabr. REPORT.AZ/ Rusiya prezidenti Vladimir Putin və Misirin dövlət başçısı Əbdül-Fəttah Əs-Sisi Myanmadakı zorakılığı pisləyiblər və ö...
Digər ölkələr
5 Sentyabr , 2017 02:30
Putin Myanmada müsəlmanlara qarşı törədilən zorakılığı pisləyib

Bakı. 5 sentyabr. REPORT.AZ/ Rusiya prezidenti Vladimir Putin və Misirin dövlət başçısı Əbdül-Fəttah Əs-Sisi Myanmadakı zorakılığı pisləyiblər və ölkə hakimiyyətini vəziyyəti nəzarət altına almağa çağırıblar.

"Report"un məlumatına görə, bu barədə "Qazeta.ru" xəbər verib.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskova istinadən yayılan xəbərdə bildirilir ki, Çində Rusiya, Çin, Braziliya, Hindistan və CAR-ın iştirakı ilə keçirilən beynəlxalq sammitdə görüşən iki lider Myanmada baş verənlərlə bağlı ümumi mövqelərini ifadə ediblər.

Mətbuat katibi qeyd edib ki, prezident Putin və həmkarı Əs-Sisi zorakılıqlarla bağlı hədsiz narahatlıqlarını ifadə etdilər. Onlar zorakılığın istənilən təzahürünü, o cümlədən müsəlmanlara qarşı zorakılıqları pisləyiblər.

Peskovun sözlərinə görə, hər iki prezident Myanma hakimiyyətini vəziyyəti mümkün qədər tez nəzarət altında almağa çağırıblar. 

Son xəbərlər

Orphus sistemi