Putin qatar qəzasının nəticələrinin aradan qaldırılması ilə bağlı zəruri tədbirlərin görülməsini tapşırıb

Putin qatar qəzasının nəticələrinin aradan qaldırılması ilə bağlı zəruri tədbirlərin görülməsini tapşırıb Hadisə barədə prezidentə dərhal məlumat verilib
Digər ölkələr
9 Aprel , 2017 03:46
Putin qatar qəzasının nəticələrinin aradan qaldırılması ilə bağlı zəruri tədbirlərin görülməsini tapşırıb
Foto: "RİA Novosti"

Bakı. 9 aprel. REPORT.AZ/ Rusiya prezidenti Vladimir Putin Moskvanın qərbində elektrik qatarının və sərnişin qatarlarının toqquşmasının nəticələrinin aradan qaldırılması ilə bağlı bütün lazımi tədbirlər görülməsini tapşırıb.

"Report"un "RİA Novosti"yə istinadən məlumatına, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, hadisə barədə prezidentə dərhal məlumat verilib.

"Moskva meri Sergey Sobyanin, FHN başçısı Vladimir Puçkov və Rusiya Dəmir Yollarının prezidenti Oleq Belozerov qəzanın nəticələrinin aradan qaldırılması üçün görülən tədbirlər barədə də dövlətimizin başçısına məlumat veriblər. Putin vəziyyətin aradan qaldırılması üçün bütün zəruri addımları atmağı tapşırıb" – deyə Peskov bildirib.

Qeyd edək ki, hadisə Moskva vaxtı ilə saat 23:00 radələrində baş verib. Moskvadan Brest şəhərində hərəkət edən sərnişin qatarı elektrik qatarı ilə toqquşub. İlkin məlumatlara görə, qatarın maşinisti yolu keçən piyadanı vurmamaq əyləci basıb. Bundan sonra toqquşma baş verib.

Nəticədə on bir nəfər xəstəxanaya yerləşdirilib.

Son xəbərlər

Orphus sistemi